03.02.2017 20:04
1868
1868
"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XVI turunun "Qəbələ” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Futbolçulardan razı qaldım, yaxşı oyun göstərdilər. İnkişaf var, amma yeni futbolçuların komandaya tam uyğunlaşması üçün bir az vaxt lazımdır. Bu gün hər iki hücumçumuz ilk oyununa çıxmışdı. Komanda yoldaşlarını hələ ki, yaxşı tanımırlar, amma inanıram ki, qarşıdakı turlarda azarkeşlərimizi qollarla sevindirəcəklər. Qol epizoduna gəlincə, bunu hamı gördü, bu haqda danışmaq istəmirəm. Bununla məşğul olmaq mənim işim deyil. Mən öz komandamla məşğulam”.