cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ” bəyanat yayıb

04.02.2017 09:29 Oxundu 2121

“Qəbələ” son zamanlar tez-tez baş verən hakim səhvləri ilə əlaqədar bəyanat yayıb. Klubun feysbuk hesabından yayımlanan açıqlamanı olduğu kimi təqdim edirik: “Qəbələ” İdman Klubu olaraq bəyan edirik ki, klubumuz hər zaman ədalətli hakimlik və şəffaf çempionat tərəfdarıdır. Çempionatın son oyunlarında müşahidə etdiyimiz, turnir cədvəlindəki duruma təsir göstərən hakim səhvlərilə, lehimizə və ya əleyhimizə verilən yanlış qərarlarla qarşılaşmaq istəmirik. Ümid edirik ki, belə səhvlər davamlı olmayacaq və bu günkü oyunlarla sona çatacaq”.