04.02.2017 10:12
1833
1833
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo deyib ki, "Lester"in sükanı arxasında olan Ranyerini dünyada ən güclü mütəxəssis hesab etmək olar: "O, ötən mövsüm komandasını çempion etdi. Bu, böyük nailiyyətdir. Bəli, indi ondan heç kəs çempionluq gözləmir, lakin onun ötən mövsümdəki nailiyyəti nadir idi. Mənə elə gəlir ki, Ranyeri dünyanın ən güclü məşqçisi adını daşımağı haqq edib".