cümə, 16 yanvar 2026

GÜLƏŞ

Kamran Mirzəliyev turnirin qızıl medalını qazanıb

04.02.2017 11:09 Oxundu 2038

Rusiyanın Ryazan şəhərində Sovet İttifaqı qəhrəmanı İ.Zaytsevin xatirəsinə həsr olunmuş 44-cü ənənəvi turnirə yekun vurulub. Turnirdə 21 komandanın tərkibində 168 idmançı gücünü sınayıb. “Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış yunan-Roma güləşçisi Kamran Mirzəliyev (60 kq) böyük əzmkarlıq nümayiş etdirərək turnirin qalibi adını qazanıb.

Gənc pəhləvanımız yarımfinalda Rusiyadan olan erməni əsilli idmançı Vladislav Beqyanı məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici görüşdə rusiyalı Andrey İvanov üzərində inamlı qələbə qazanan K.Mirzəliyev turnirin qızıl medalına sahib olub.