04.02.2017 12:10
2018
2018
Xəbər verdiyimiz kimi, "Barselona"nın sabiq yarımmüdafiəçisi Ronaldinyo kataloniya klubunda səfir kimi (Kataloniya komandasını müxtəlif tədbirlərdə təmsil edəcək) fəaliyyət göstərəcək. Dünən bu münasibətlə keçirilən təqdimat mərasimində 36 yaşlı yarımmüdafiəçi deyib ki, bir zaman əldə etdiyi "Qızıl top"u klubun muzeyinə verəcək.
Qeyd edək ki, Ronaldinyo "Barselona"da 2003 - 2008-ci illərdə çıxış edib.
O, 2005-ci ildə Avropada ilin ən yaxşı futbolçusu elan olunub və "Qızıl top"la mükafatlandırılıb.