cümə, 16 yanvar 2026

DİGƏR NÖVLƏR

Bakıda “Legends of Azerbaijan” adlı turnir keçiriləcək

04.02.2017 12:47 Oxundu 1875

Martın sonu və aprelin əvvəlində Bakıda K-1 döyüş növü üzrə “Legends of Azerbaijan” adlı turnir keçiriləcək. Bu sözləri bu gün Bakıda təşkil olunan mətbuat konfransında K-1 döyüş növünün Azərbaycan və Yaxın Şərq üzrə rəsmisi Elnur Məmmədov deyib. E.Məmmədov bildirib ki, turnirə ölkəmizin güclü idmançıları ilə yanaşı, dünyanın tanınmış döyüşçüləri qatılacaqlar.

Döyüşçülərimizin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirən E.Məmmədov K-1 döyüş növünün ölkəmizdə inkişaf istiqamətləri barədə məlumat verib.