cümə, 16 yanvar 2026

DİGƏR NÖVLƏR

İranda taekvondçularımız turnirin ilk günündə 2 qızıl medal qazandılar

04.02.2017 14:44 Oxundu 2086

İranın Kərəc şəhərində yeniyetmə və uşaqlar arasında taekvando üzrə beynəlxalq turnir keçirilir. İran İslam İnqilabının 38-ci ildönümünə həsr olunan turnirdə Azərbaycanı təmsil edən 7 yeniyetmə idmançımız uğurla mübarizə aparıblar.

Turnirin birinci günündə Ramal Əliyev (25 kq) və Ağa İsmayılzadə (27 kq) birinci yeri tutaraq qızıl medallara sahib olublar. Digər çəki dərəcələri üzrə yarışlarda isə Fuad Mirzəyev ikinci, Mirhüseyn Zəkiyev, Azər Eyvazlı, Tarix Əliyev və Poladxan İbrahimov üçüncü yerdə qərarlaşıblar.

Azərbaycan idmançıları məşqçılər Bəxtiyar Mustafayevin və Günay Zeynalovanın rəhbərliyi ilə çıxış ediblər.