cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Ardıcıl 7-ci qələbə

04.02.2017 21:39 Oxundu 2060

“Qəbələ” - “Neftçi” – 3:1
(Rövlan Muradov, 38; Ramil Hasanov, 58; Ülvi İsgəndərov, 90+2 // Anton Krivotsyuk, 45+1)
Bu gün Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVI tura yekun vurulub. Turun son qarşılaşması Qəbələdə keçirilib. Turun mərkəzi oyununda “Qəbələ” ilə “Neftçi” qarşılaşıb. Bunadək ardıcıl 6 qələbə qazanaraq zirvədə qərarlaşan “qırmızı-qaralar” 3-cü pillədəki rəqiblə oyuna da fəal başlayıb. “Qəbələ” istəyinə fasiləyə 7 dəqiqə qalmış çatıb. Rövlan Muradov oyunda hesabı açıb. Lakin bakılılar ilk yarının sonunadək bərabərlik qolunu vura bilib. Hücumlarını ikinci hissədə də davam etdirən Hüseynqulu Quliyevin yetirmələri fasilədən sonra iki qol vurub. Ramil Hasanovla Ülvi İsgəndərovun qolları “Qəbələ”yə 3:1 hesablı qələbə qazandırıb.
Beləliklə, ardıcıl 7-ci qələbəsini qazanan əvəzedicilər xal hesabını 35-ə çatdırıb.

1

Qəbələ

16

11

2

3

37-16

35

2

Qarabağ

16

9

4

3

30-17

31

3

Neftçi

16

9

1

6

24-20

28

4

Zirə

16

6

5

5

20-17

23

5

İnter

16

6

5

5

12-10

23

6

Kəpəz

16

4

5

7

15-21

17

7

Sumqayıt

16

4

1

11

22-37

13

8

AZAL

16

3

1

12

22-44

10