cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

“Milan” öz meydanında uduzdu

05.02.2017 19:11 Oxundu 1996

İtaliya A seriyasında 23-cü turun oyunları davam edir. Bu gün “Milan” öz meydanında “Sampdoriya”nı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 70-ci dəqiqədə penaltidən Luis Muriel vurub. 22 oyundan 37 xalı olan “Milan” 8-ci, 23 matçdan 30 xal toplayan “Sampdoriya” isə 10-cu yeri tutur. Lider “Yuventus”un 21 oyundan 51 xalı var.
Qeyd edək ki, bugünkü oyundakı nəticə "Milan"ın ardıcıl dördüncü məğlubiyyəti olub. Bundan öncə komanda A seriyasında "Napoli" (1:2) və "Udineze"yə (1:2), kubokda isə "Yuventus"a (1:2) uduzmuşdu. İtaliya mətbuatının yazdığına görə, bu cür hal "Milan"ın tarixində 6-cı dəfədir təkrarlanır.

“Milan” – “Sampdoriya” - 0:1

Qol: Muriel, 70