05.02.2017 19:26
2102
2102
“Bayer” Leverkuzenin mərkəz müdafiəçisi, Türkiyə millisinin üzvü Ömər Toprak yay mövsümündə “Borusiyya” Dortmun klubuna keçəcək. Bu barədə Dortmund klubunun saytı xəbər verir. Türkiyəli futbolçu “Borussiya” ilə imzalayacağı müqavilənin müddəti 30 iyun 2021-ci il tarixinədək olacaq. Daha əvvəl verilmiş məlumata görə, 27 yaşlı futbolçunun transfer məbləği təqribən 12 milyon avro təşkil edəcək. Qeyd edək ki, türkiyəli müdafiəçi 2011-ci ildən “Bayer”in heyətində çıxış edir. O bu günədək Leverkuzen təmsilçisi ilə 191 matça çıxıb.
Qeyd edək ki, “Borussiya”nın heyətində daha iki türk oyunçu – Əmrə Mor və Nuri Şahin də çıxış edir.