cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

“Beşiktaş” mübarizəni dayandırdı

05.02.2017 23:25 Oxundu 1965

Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub. İlk oyun günündə 4 qarşılaşmanın 3-ü qonaqların qələbəsi ilə yekunlaşıb. Yalnız “Qalatasaray” komandası “Başakşehir”lə görüşdən məğlub ayrılıb. Meydan sahibləri hələ ilk yarıda Mustafa Pektemekin “dubl”u (15 və 27-ci dəqiqələr) ilə hesabda önə çıxıb. Qonaqlar buna 90-cı dəqiqədə Eren Derdiyokun təsəlli qolu ilə cavab verə biliblər. Bu mərhələ cəmi 1 matçdan ibarət olduğundan, “Qalatasaray” kubokla vidalaşmalı olub. “Başakşehir” isə 1/4 finala yüksəlib. Digər qarşılaşmalara gəldikdə, “Kayserispor” səfərdə “Gənclərbirliyi”ni 3:2, “Sivasspor” “Tuzlaspor”u 4:1, “Rizespor” isə “Şanlıurfaspor”u əlavə vaxtda 2:1 hesabı ilə yenərək, mərhələ adlayıb. Qeyd edək ki, 1/8 final mərhələsində bu gün keçirilən oyunlar “Akhisar”-“Gümüşhanespor” 3:1, “Konyaspor”-“Umraniyespor” 2:1, “Kasımpaşa”-“Osmanlıspor” 1:0 və “Beşiktaş”-“Fənərbağça” 0:1 nəticələnib. 1/4 və yarımfinal mərhələlərinin püşkü fevralın 7-də atılacaq.

5 fevral

Türkiyə kuboku, 1/8 final

“Akhisar” – “Gümüşhanespor” – 3:1
Qollar:
Vaz Te, 10 (1:0), Samardzic, 50 (2:0), Ozgun, 86 (2:1), Çelik, 90 (3:1)

“Konyaspor” –
“Umraniyespor” - 2:1
Qollar:
Özbayraktar, 48 (0:1), Ranqelov, 84 (1:1), Vukoviç, 99 (2:1)

“Kasımpaşa” – “Osmanlıspor” – 1:0
Qol:
T.Şahin, 112

“Beşiktaş” – “Fənərbaxça” – 0:1
Qol: Van Persi, 71

4 fevral

“Tuzlaspor” - “Sivasspor” - 1:4

“Gənclərbirliyi” - “Kayserispor” - 2:3

“Şanlıurfaspor” - “Rizespor” - 1:2

“Başakşehir” - “Qalatasaray” - 2:1