cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Kamerun Afrika Millətlər Kubokunun qalibi oldu

06.02.2017 00:15 Oxundu 2361

Qabonda keçirilən Afrika Millətlər Kubokunun final matçıdan Kamerun Misirə 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 22-ci dəqiqədə Misirin oyunçusu Moxamed El-Nenni açıb. Amma ikinci hissədə daha fəal olan Kamerun futbolçuları oyunda dönüş yaradıblar və rəqib qapısından iki qol keçiriblər. Beləliklə, Kamerun yığması 2002-ci ildən sonra bu yarışda yenidən çempionluq sevinci yaşayıb. Bu, Kamerun millisinin tarixində 5-ci belə uğurdur.

Afrika Millətlər Kubokunda 3-cü yer uğrunda Burkina Faso və Qana üz-üzə gəlib. Oyunun taleyini bir qol həll edib. Alain Traorenin oyunun 90-cı dəqiqəsində vurduğu qol Burkina Fasoya bürünc medal qazandırıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmasında Qananı 2:0 hesabıyla məğlub edən Kamerun adını finala yazdırmışdı. Misir millisi isə yarımfinalda Burkina-Faso yığması ilə qarşılaşmışdı. 1:1 hesabı ilə başa çatmış matçda oyunsonrası penaltilər seriyasında isə Misir rəqibini məğlub etmişdi (Burkina Faso - Misir 1:1 (pen.: 3:4).

Afrika Millətlər Kuboku

Final

5 fevral

Misir – Kamerun – 1:2

Qollar: Elneni, 22 – Nkulu, 60, Abubakar, 89

Qabonda keçirilən Afrika Millətlər Kubokunun final matçıdan Kamerun Misirə 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 22-ci dəqiqədə Misirin oyunçusu Moxamed El-Nenni açıb. Amma ikinci hissədə daha fəal olan Kamerun futbolçuları oyunda dönüş yaradıblar və rəqib qapısından iki qol keçiriblər. Beləliklə, Kamerun yığması 2002-ci ildən sonra bu yarışda yenidən çempionluq sevinci yaşayıb.