06.02.2017 02:13
2575
2575
Kamerun yığmasının və Danimarkanın "Olborq" komandasının hücumçusu Kristian Bassoqoq Muqaq Afrika Millətlər Kuboku ən yaxşı oyunçusu seçilib. 21 yaşlı futbolçu turnirdə altı oyun keçirib, bir qol vurub, bir məhsuldar ötürmə verib. Və bir sarı vərəqə alıb. O, cinahlarda da yaxşı oyun nümayiş etdirir. Qeyd edək ki, onun Moskvanın "Lokomotiv"inin maraq dairəsində olduğu söylənilirdi.