06.02.2017 02:27
2293
2293
.jpg)
Afrika Millətlər Kubokunun final matçında Misir komandasına qalib gəlmiş Kamerun yığması 2017-ci il Konfederasiyalar Kubokunun sonuncu iştirakçısı olub. Afrika təmsilçisi "B" qrupunda Çili, Avstraliya, Almaniya ilə mübarizə aparacaq. "A" qrupuna isə xəbər verildiyi kimi, Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika daxildir.
Konfederasiyalar Kuboku bu ilin iyunun 17-dən iyulun 2-dək Rusiyada keçiriləcək. Matçlar 2018-ci ildə dünya çempionatının qarşılaşmalarına ev sahibliyi edəcək Kazan, Soçi, Sankt-Peterburq və Moskva şəhərlərindəki stadionlarda oynanılacaq.