2625
Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Səbuhi Mehdizadə ilə müsahibə
- Səbuhi müəllim Azərbaycan bir idman ölkəsidir, bu federasiyaların işində böyük əhəmiyyət kəsb edir. Siz federasiya olaraq nə kimi işlər görürsünüz ?
- Tennis federasiyası son bir neçə ildir demək olar ki, inkişaf yolundadır. 2014-cü ildən artıq inkişafa doğru dönəmimiz başladı. Federasiyanın inkişafı istiqamətində bir çox tədbirlər görülmüşdür ki, buna misal Federasiyanın maddi-texniki bazası gücləndirilmiş, idmançıların daimi məşq etmələri üçün zal icarəyə götürülmüş, 6-9 yaşında uşaqlarla məşğul olmaq üçün respublika üzrə fəaliyyət göstərən 23 məşqçi-müəllimlərlə müqavilələr bağlanmışdır. Sumqayıt şəhərində dənizkənarı parkda müasir idman kompleksinin tikintisi yekunlaşmışdır. Yığma komandanın hər il rəsmi Dünya və Avropa Çempionatlarında, gənclərin Avropa birinciliklərində iştirakı təmin olunmuşdur. Bu dövrdə 18 beynəlxalq yarışda, Bakı, Polşa və Çin XR-da keçirilən 10 təlim-məşq toplanışlarında iştirak ediblər. Stolüstü tennis üzrə idmançılarımız 2016-ci il ərzində Beynəlxalq yarışlarda 2 gümüş və 3 bürünc medal qazanmışdır. Dünya üzrə komanda reytinqində qadınlardan ibarət komandamız - 2014-cü ilin yanvar ayında 82-ci pillədən, 2017-ci ilin yanvar ayına 39 pillə irəliləyərək, 43-cü yerdə yeniyetmə qızlar komandamız isə 71-dən 55 pillə irəliləyərək 16-cı yerə yüksəlməsini bütün bu işlərin nəticəsi kimi vurğulamaq olar .
- Bizdə olan məlumata görə Federasiyada legioner heyyəti çoxluq təşkil edir. Buna səbəb bizim idmançıların zəif olmasıdır ?
- Əslində, dediyim kimi federasiyada son bir neçə ildə inkişaf olduğuna görə legionerlərə üstünlük vermişik. Yığma komandaya legionerlərin cəlb olunması komandanın tərkibini gücləndirmək, təcrübə mübadiləsi və qarşıda keşiriləcək İslam Oyunlarına hazırlıq məqsədi daşıyır.
- Stolüstü Tennis elə bir idman növüdür ki, istənilən yaşda məşğul olmaq olar.
- Həqiqətən, istənilən yaş qrupları bu idman növü ilə məşğul ola bilər, məşğul olur da. Hər il keçirilən Veteranlar turnirlərini buna misal çəkmək olar. Biz federasiya olaraq bölgələrdə bir çox layihələr həyata keçiririk. Məsələn, bir çox xəstəliklərdən əziyyət çəkən insanlar var və biz onları bu idmana yönəldirik. Onlar üçün layihələr hazırlayır, marifləndirmə yönlü tədbirlər həyata keçiririk.
- İstənilən idman növündə nizam-intizam olmalıdır. Tennis daha çox dəqiqliyi sevir, düzgün qaydalara əməl etməyi sevir.
Qarşıdakı yarışlar və gözlədiyiniz nəticələr ?
- Hal-hazırda idmançılarımız Çində təlimdədirlər, bir aylıq təlimə yollanıblar, daha sonra İsveçrədə Çexiyada, hazırlıq mərhələlərimiz var və onlardan sonra artıq nəticələrimiz gözləntilərimiz bəlli olacaq.
- İslam Oyunlarına bütün federasiyalar hazırlaşırlar, siz necə? Hazırlığınız hansı mərhələdədir?
- Biz təlimlərdən sonra artıq kimin iştirak edəcəyini biləcəyik və qazandıqları xallara görə nəticəmizi biləcəyik.
- Rəqiblər necə? Sizə çətin gələn rəqiblər varmı komanda olaraq?
- Rəqiblərimiz Misir, Nigeriya, Türkiyə və İran olacaq. Əslində rəqib deyiriksə deməli var gücümüzlə hazırlaşmalıyıq.
- Kişi və qadın idmançılarımızdan kimlərin adlarını çəkə bilərsiniz?
- Qadın idmançılarımızdan: Deng Simeng, Youming Zhou, Chuyi Weifu, Chen Xingtai, Min Wei, İmanova Məryam, Şirinova Şərmin, Əhmədova Nəzrin, Qarayeva Nəzakət və Məmmədli Fatimə. Kişi idmançılarımızdan: Əliyev Sənan, Həsənov Nurlan, Qafarlı Yusif, Allahverdiyev Vəzir və Sadiqov Sadıqdır.
- Federasiya olaraq dünüşcələriniz.
- İslam Oyunları ölkənin adını daşıyan layihədir və hər bir federasiya da istəyər ki, yaxşı nailiyyətləri olsun. Bizdə çalışacayıq ki, İslam Oyunlarında öz məharətimizi göstərək .