2118
Almaniya yığmasının və Münhen "Bavariya"sının sabiq hücumçusu Miroslav Kloze öz gələcək məqsədin açıqlayıb. O, Bundesliqa komandalarının birində baş məşqçi kimi çalışmaq niyyətindədir. Hazırda məşqçilik kurslarında iştirak edən Kloze gənclərdən ibarət komandalarla çalışmaqla həm də iş təcrübəsini arırır: "Lisenziya alanda özümü baş məşqçi kimi işləməyə hazır hiss edəcəyəm. Təbii ki, nə vaxtsa Almaniya çempionatında işləmək istərdim".
Qeyd edək ki, Miroslav Kloze Almaniya yığmasında 137 oyun keçirib, 2014-cü ildə dünya çempionu, 2002-ci ildə gümüş mükafatçı olub. O, 71 qolla Bundestim, 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub. Kloze Almaniyanın "Hanburq", "Kayzerslautern", "Verder" və "Bavariya", həmçinin, İtaliyanın "Latsio" klubunda çıxış edib.