cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Şəhriyar Əliyev “Sumqayıt” ilə görüşdə iştirak edə bilməyəcək

06.02.2017 15:38 Oxundu 2119

Topaz Premyer Liqasında “Zirə” ilə oyunun sonlarında zədələnən Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib. Müayinədən keçən müdafiəçiyə sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu qoyulub. Klubun tibb personalından verilən məlumata görə, Əliyevin müalicəsi davam etdirilir. Futbolçu zədəsi səbəbindən “Sumqayıt” ilə görüşdə iştirak edə bilməyəcək. Onun həftəsonu “Qarabağ” ilə oyuna kimi hazır olacağı gözlənilir. Komandanın digər zədəli oyunçuları Tural Axundov ilə Azad Kərimov isə artıq sıraya dönüb. Ötən tur “Zirə” ilə görüşü buraxan futbolçular bu gün komanda ilə birgə məşqlərə qoşulublar.