cümə axşamı, 15 yanvar 2026

GÜLƏŞ

Sərbəst güləşçilərımız İranda “A” yarımqrupunda mübarizə aparacaqlar

06.02.2017 19:11 Oxundu 2218

Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Fevralın 6-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib. Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə “B” yarımqrupunda yarışacaqlar.

Fevralın 16-da yarımqrup, bir gün sonra isə final görüşləri keçiriləcək.

Ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olub.