cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Serxio Aquero gedir, yoxsa qalır?

07.02.2017 08:07 Oxundu 2048

"Real" və "Barselona" yenidən "Mançester Siti"nin hücumçusu Serxio Aqueroya diqqət yetirməyə başlayıb. Bu da səbəbsiz deyil. Belə ki, Aquero son 2 oyunda əsas heyətdən kənarda qalıb. Hazırda "şəhərlilər"in hücum xəttində Qabriel Jezus yer alıb.

Serxio Aquero bildirib ki, o, hələlik, "Mançester Siti"yə kömək edəcək. Mövsümün sonunda isə öz gələcək karyerasını müəyyənləşdirəcək. Digər məlumata görə, klub rəhbərliyi argentinalı forvardla vidalaşmaq fikrində deyil. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcəkdə də Aqueronun xidmətindən istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, son 2 oyunda əsas heyətdən kənarda qalan Aquero cari mövsüm 18 görüşdə 11 qol (3-cünü penaltidən) vurub.