07.02.2017 11:06
1905
1905
Yayda "Real"ın hücumçusu Kərim Benzema klubunu dəyişə bilər. Məlumata görə, Londonun "Arsenal"ı onunla daha ciddi maraqlanır və ona görə 60 milyon avrosundan keçməyə hazırdır. Qeyd edək ki, o, son vaxtlar Madrid klubunun azarkeşlərinin tənqidində daha çox tuş gəlir. Elə bu səbəbdən də Kərim Benzema klubunu dəyişəcəyi istisna olunmur.
Onu da bildirək ki, "Arsenal" Benzemanı almaq üçün bir neçə dəfə cəhd etsə də, cəhdləri uğursuz olub. Amma komandanın baş məşqçisi Venqer geri çəkilmək niyyətində deyil və bu sahədə fəaliyyətini davam etdirir.