
Uşu - Sanda Federasiyasının prezidenti Azər Həsənsoy IV İslam Həmrəyliyi Oyunlarının rəsmi səhifəsine müsahibə verib.
- İlk olaraq Uşu idman növünün mənası nədir? Ondan başlayaq.- Əvvəla qeyd edim ki, Uşu Çin döyüş sənətidir Uşuyla Kung- Fu eyni mənanı ifadə edir. Uşu - Çin dilindən tərcümədə Döyüş Sənəti deməkdir.
1989 – cü ildə Azərbaycanda Uşu idman növünün təməli qoyulub. İlk müstəqil döyüş kimi 1992-ci ildə qeydiyyatdan keçmişdir. 1994-cü ilə kimi bir çox idman növləri məhz Savalan klubunun adından çıxış edirdi. Uşu – tam kontakt idman növüdür.
- Uşu sanda federasiyası olaraq son illər gördüyünüz işlər nələrdir?
- Uşu çətin idman növü sayılır. Bir neçə idman növüylə məşğul olanlar məhz bu idman növüylə davam edə bilərlər,ancaq qaydaları çətindir və fərqlidir. Hal-hazırda özünü təsdiq etmiş idmançıları deyə bilərəm ki, məhz bizim idman növündən uğurlarını qazanmışdır. Uşu - sandaçılarımız demək olar ki, keçirilən yarışlarda mütamadi olaraq iştirak edir.
- Komanda heyyəti neçə nəfərdir?
- Deyərdim ki, getdikcə sayları azalır,buna da səbəb məni qane etməmələridir. Hal hazırda 7 çəki dərəcəsi ilə 14 idmançıyla davam edirik.Hər çəkidən olan idmançıdan bir nəfər seçiləcək. Çəkilər əsasən 48, 52, 56, 60, 65, 70, 75- dir.
- İdmançılar xüsusi hazırlıq keçirlər, yoxsa hələ zaman var deyib istirahət edirsiniz ?
- Xeyr, artıq bir ildir ki, təlim məşq toplanışı davam edir və yarışlara xüsusi hazırlaşırıq.
- Zədələrin qaçılmaz olduğunu bilirik. Hal-hazırda idmançılarda zədə problemi varmı?
- Baxır zədəyə, çünki elə hal ola bilər ki, ciddi zədə ola bilər, o zaman yarışa çıxmağı mümkün deyil, ancaq zədə çox ciddi olmazsa, davam edə bilər. Yarış öncəsi isə zədənin olması ən pis haldır.
- Məşqlər gün ərzində neçə dəfə olur ?- Gündə 3 dəfə məşq keçirik.
- İdmançılardan kənar ölkələrdə varmı və məhz bu idman növünün təbliğatın aparırlarmı?
- Əlbəttə, Uşu sandayla məşğul olan idmançılar var ki, başqa ölkədə Azərbaycanı təmsil edirlər. Bunlardan Türkiyədə təhsil alan və uşu və muay- thai idman növünün təbliğatını aparan Eldar Əlizadəni deyə bilərəm. Mən heç bir idmançımıza məhdudiyyət qoymuram, bacarırsa işini görsün, əksinə dəstək olmağa hazıram.
- Azərbaycanda keçiriləcək olan 4 cü İslam oyunlarına Uşu sanda federasiyası olaraq necə hazırlaşırsınız?
- Hazırlığımız təlim-məşq toplanışından davam edir, yığma komandamız yarışlara hazırlaşır, Elçin Eminov, Pərviz Abdullayev, Ruslan Pirəliyev artıq özünü təstiq etmiş idmançılardır. İnanıram ki ,yaxşı nəticə olacaq. Ancaq idman elədir ki, güclü də olsan uduzmaq şansın var, ona heç kəs qaranti verə bilməz. Pərviz Abdullayev bilirsiniz ki, illərdir kikboksinglə məşğuldur, ancaq ilk olaraq uşu sanda ilə başlayıb və davam da edirdi, yəni hər iki idman növüylə məşğul idi. Son səkkiz aydır ki, artıq Pərviz məşq edir və İslam Oyunları üçün xüsusi hazırlaşır.
Biz üzərimizə düşən işi görürük, çalışırıq, əziyyət çəkirik, qalır nəticəyə.Yaxşı düşünək yaxşı olsun.