cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Türkiyə Kubokunda 1/4 finalın cütlükləri müəyyənləşib

07.02.2017 15:07 Oxundu 1993

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib. Turnirin favoritləri sayılan “Fənərbaxça” və “Başakşəhər”in rəqibləri bilinib. 1/8 finalda əzəli rəqib “Beşiktaş” üzərində qələbə qazanan “Fənər” yarımfinal yolunda “Kayserispor”la qarşılaşacaq. “Qalatasaray”ı mübarizədən kənarlaşdıran “Başakşəhər” isə “Akhisar”la münasibətlərinə aydınlıq gətirəcək. Püşkatmaya görə, 1/4 finalda “Kasımpaşa” “Çaykur Rizəspor”la, “Sivasspor” “Konyaspor”la qarşılaşacaq. Bu cütlüklərin də qalibləri yarımfinalın digər cütünü ortaya çıxaracaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları fevralın 28-də və martın 1-2-də, cavab qarşılaşmaları isə 4-6 mart tarixlərində keçiriləcək.