cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

UEFA Avropa Super Liqası formalaşdırır

07.02.2017 15:22 Oxundu 1851

UEFA-nın reallaşdırmağa hazırlaşdığı və Çempionlar Liqasının əvəzinə yaradılacaq Avropa Super Liqası layihəsindəki 18 komanda məlum olub. Türkiyə mətbuatının verdiyi məlumata görə, yeni liqada İngiltərədən 5, İspaniyadan 4, İtaliya, Almaniya və Fransanın hər birindən isə 3 komanda iştirak edəcək. UEFA bununla Avropadakı böyük rəqabəti yeniləməyi planlaşdırır. Təşkilat həmçinin, 2018-2021-ci illərdə Avropanın ən böyük 5 çempionatının komandalarına bu liqada iştirak üçün təminat verib. Avropa Super Liqasında iştirak edəcək komandalar aşağıdakılardır: “Barselona”, “Real” Madrid, “Atletiko” Madrid, “Sevilya”, “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Liverpul”, “Yuventus”, “Milan”, “İnter”, “Bavariya”, “Borussiya” Dortmund, “Bayer” Leverkuzen, PSJ, “Marsel”, “Lion”.