cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

"Mən isə bunu Neymar üçün etdim"

07.02.2017 16:17 Oxundu 1969

Braziliya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi Ronaldinyo katalon klubunda forma geyən Neymar və Lionel Messi haqqında danışarkən deyib ki, Neymar dünyanın ən istedadlı ulduz futbolçularından biridir. Daha bir braziliyalının tarix yazmasını müşahidə etmək insana zövq verir. Romario, Rivaldo və Ronaldo “Barselona”da mənim üçün qapı açdılar. Mən isə bunu Neymar üçün etdim. Braziliyalıların “Barselona”dakı uğurlarını görmək məmnunluq doğurur. Bizim “Barselona”da qazandığımız nailiyyətləri hazırda Neymar təkrarlayır.

Lionel Messinin dünyada ən güclü və müqayisəedilməz futbolçu olduğunu deyən Ronaldinyo bildirib: “Messinin “Barselona”nın əsas heyətində vurduğu ilk qol futbol tarixində yeni səhifə açdı. Ona ötürməni mən vermişdim və çox şadam ki, Messinin peşəkar futbolda ilk addımlarını atmasında mənim də payım var”.