cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Turnırın ilk günündə doqquz medal qazandılar

07.02.2017 16:36 Oxundu 1985

Azərbaycanın yeniyetmə taekvandoçuları Antalyada keçirilən klublararası Avropa çempionatının ilk günündə doqquz medal qazanaraq uğura imza atıblar. Türkiyə Taekvando Federasiyası və Avropa Taekvando İttifaqı tərəfindən təşkil edilən və dörd gün davam edəcək “G-1” kateqoriyalı yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət Azərbaycan yığma komandaları geniş heyətlə qatılıblar. “Gilan” idman klubunu təmsil edən yeniyetmə taekvandoçulardan 47 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Aylin Eynullayeva, İlahə Quluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq) rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Riyad Şirəliyev (37 kq, “Qafqaz”) və İlkin Fərzəlizadə (57 kq, “Gilan”) isə yalnız finalda məğlub olaraq gümüş medal əldə ediblər.

Qitə çempionatına qatılan digər taekvandoçulardan Nihad Əlizadə (33 kq, “Gilan”), Ofeliya Allahverdiyeva (41 kq, “Gilan”), İlkin Dünyamalıyev (45 kq, “2 saylı Gömrükçü”) və Elsevər İsmayılzadə (65 kq-dan yuxarı, “Gilan”) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olublar.

Dörd gün davam edəcək turnirə yeniyetmə, gənc və böyüklərdən ibarət Azərbaycan yığma komandaları geniş heyətlə qatılıblar.