2147
Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında XVII tura start verilib. Yarışın lideri olan “Qəbələ” AZAL-la qarşılaşıb. Bunadək ardıcıl 7 qələbə qazanan Hüseynqulu Quliyevin yetirmələri ev oyununa da 3 xal iddiası ilə çıxıb. “Qırmızı-qaralar” hesabı matçın 18-ci dəqiqəsində açıb. Qonaqları Ravil Yusifli məyus edib. Fasilədən sonra Elvin Həsənov fərqi iki topa çatdırıb. O, qarşılaşmanın 70-ci dəqiqəsində fərqlənib. 5 dəqiqə sonra paytaxt təmsilçisi fərqi minimuma endirməyi bacarıb. Rövlan Muradovun uzatma dəqiqələrində vurduğu top matçda sonuncu olub – 3:1.
Beləliklə, 3 xalı 3 qolla qazanan əvəzedicilər ardıcıl 8-ci qələbəsini qazanıb. Mövsümün ikinci yarısında keçirilən hər üç matçda isə eyni hesab qeydə alınıb.
Turun digər oyununda isə "Qarabağ" "Zirə" ilə qarşılaşıb.
“Qarabağ” 2-1 “Zirə”
(Elgün Nəbiyev, 46; Vüqar Nadirov, 88 // Vəzir Musayev, 81)
“Qəbələ” 3-1 AZAL
(Ravil Yusifli, 18; Elvin Həsənov, 70; Rövlan Muradov, 90+4 // Fuad Bayramov, 75)