08.02.2017 08:10
2187
2187

"Bavariya"nın kapitanı Filip Lam yayda karyerasını başa vurmaq niyyətindədir. 33 yaşlı futbolçu mövsümün sonunda butslarını mıxdan asacağı barədə artıq klub rəhbərliyinə məlumat verib. Məlumata görə, o, klubun idman direktoru postuna namizədlik təklifini də rədd edib.
1995-cü ildən "Bavariya"nın gənclərdən ibarət kollektivində çıxış edən Lam 2002-ci ildə əsas komandada debüt edib. O, karyerası ərzində Almaniyanın 8 dəfə çempion olub, 7 dəfə ölkə kubokunu qazanıb. 2013-ci ildə o, komandasına Çempionlar Liqasında qələbə qazandırıb. 2014-ci ildə isə Almaniya yığmasının kapitanı kimi dünya çempionu olub.