2140
Xəbər verdiyimiz kimi, İspaniya kubokunda ilk finalçının adı bəlli olub. Yarımfinal mərhələsnin cavab matçında "Atletiko"nu qəbul edən "Barselona" 1:1 hesablı heç-heçə sayəsində finala vəsiqə qazanıb. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn Kataloniya klubuna bərabərlik kifayət edib.
Məğlubiyyətə baxmayaraq, Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone komandasının oyununda çox razı qalıb. O deyib: "Rəqibə qarşı yaxşı mübarizə apardıq. Qol vurmaq imkanlarımız da oldu. Amma...Biz İspaniya kubokunu qürur hissi ilə tərk edirik. Komanda göstərdi ki, onun qəlbi var. Biz ehtirasla oynadıq. Bəli, biz İspaniya kubokunu tərk etdik, amma başımızı dik tuta bilərik. Belə məğlubiyyətlər də komanda üçün vacibdir. Biz həmişə mübarizə aparmağa qadirirk. Mən komandam ilə fəxr edirəm. Ümid edirəm ki, bu məğlubiyyət mövsümün qalan hissəsini uğurla başa vurmaqda vacib bir addım olacaq".