cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

“Böyük dəbilqə”də 8 idmançımız mübarizə mübarizə aparacaq

08.02.2017 10:57 Oxundu 2081

Fevralın 11-12-də Parisdə ACCORHOTELS Arenada cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək. Turnirdə 63 ölkədən 459 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Ölkəmizi turnirdə təmsil edəcək milli komandamızın üzvləri məlum olub: Elxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Elxan Məmmədov (100 kq) və Uşangi Kokauri (100 kq-dan yuxarı).

Qeyd edək ki, növbəti “Böyük dəbilqə” turniri martın 10-12-də Bakıda keçiriləcək.