08.02.2017 12:57
2194
2194
"Bloomberq" iqtisadi informasiya agentliyinin məlumatına görə, FIFA-da aparılan daxılı araşdırma nəticəsində qurumda yeni korrupsiya halı üzə çıxıb. Bu fakt "Quinn Emanuel Urquhart & Sullivan LLP" təşkilatının nümayəndələri tərəfindən aşkarlanıb. Məlumata görə, üzə çıxarılmış yeni korrupsiya faktında sabiq məmurların əli var. Sən demə, onlar kommersiya sazişləri adı ilə federasiyalardan rüşvət əldə edirmiş. Hazırda davam edən tədqiqatın yekun rəyi isə cari ayın sonunadək FIFA rəhbərliyinə təqdim olunacaq. Xatırladaq ki, FİFA-da ən nəhəng korrupsiya qalmaqalı 2015-ci ilin mayında qeydə alınıb.