cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Taekvondoçularımız daha 13 medala sahib oldular

08.02.2017 13:02 Oxundu 2025

Türkiyənin Antalya şəhərində taekvondo üzrə Klublararası Avropa Çempionatı davam edir. Yarışda ölkəmizi təmsil edən klubların idmançıları uğurlu çıxışlarını davam etdirir. Çempionatın ikinci günü isə iştirak edən gənc taekvondoçularımız da müxtəlif əyarlı daha 13 medala sahib olmuşlar.
Çempionatda dayanq üzərinə çıxan həmyerlilərimizdən -51 kq çəki dərəcəsində Lənkəran T.İ.M-nin yetirməsi Fərid Sultan, Gilan İ.K.-nun idmançısı Orxan Tağızadə (+78 kq) və 2 saylı Gömrükçü İ.K-nun xanım taekvondoçusu Mehriban Məmmədova (-46 kq) rəqiblərinə şans vermyərək qızıl medala sahib olublar.
Digər 5 idmançımız, Xanoğlan Kərimov (-45 kq, 2 saylı Sumqayıt Gömrükçü İ.K.), Qasım Aslanov (-59 kq, Gilan İ.K.), Cavad Ağayev (-63 kq, Gilan İ.K.), Həsən İbrahimov (-73 kq, Gilan İ.K.), Mivari Qənbərli (-42 kq, Gilan İ.K.) finala kimi inamla irəliləsə də finalda rəqibləri keçilməz olub.

Mübarizəyə qoşulan daha 5 təmsilçimiz, Məhəmməd Əlizadə (-48 kq, Gilan İ.K.), Ayaz Qənbərli (-51 kq, Gilan İ.K.), Sevda Pirseyidova (-44 kq, Savalan T.K.), Nərgiz Mirzəyeva (-46 kq, Gilan İ.K.), Nərmin Süleymanova (-52 kq, Gilan İ.K.) yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, çempionatın ilk günü klublarımızın yeniyetmə idmançıları aktivlərinə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əlavə etmişlər.