cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Qətər mundialın hazırlığına 200 milyard dollar xərcləyəcək

08.02.2017 17:23 Oxundu 2095

2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundialın hazırlığına ümumilikdə 200 milyard ABŞ dolları xərcləyəcək. Məlumata görə, bu vəsait nəhəng futbol turniri üçün nəzərdə tutulmuş obyektlərin tikintisinə, infrastrukturun və xəstəxanaların modernləşdirilməsinə, eləcə də nəqliyyat şəbəkəsinin inkişafına sərf ediləcək.

Yeri gəlmişkən qeyd edək ki, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq xərcləri artırılıb. Turnirin büdcəsinə 19,1 milyard rubl (323 milyon 813 min 515 dollar) əlavə olunub. Rusiya hökumətinin hüquqi informasiya portalında yer alan xəbərdə qeyd olunur ki, xərclər 619 milyard 670,5 milyondan 638 milyard 842,6 milyon rubla qədər artırılıb. Qeyd edək ki, “DÇ-2018”in oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.