cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Viktor Çanov vəfat edib

09.02.2017 08:04 Oxundu 3317

Ukraynanın "Şaxtyor" (Donetsk) və "Dinamo" (Kiyev) klublarının keçmiş qapıçısı Viktor Çanov 57 yaşında dünyasını dəyişib. Bu barədə Ukrayna Futbol Federasiyası məlumat verib. Amma hələlik onun nədən vəfat etdiyi barədə məlumat verilmir.

Çanov üçqat SSRİ çempionu olmaqla yanaşı (1985, 1986, 1990), həm də beş dəfə SSRİ Kubokunun (1980, 1982, 1985, 1987, 1990) qalibidir. O, 1986-cı ildə SSRİ-nin ən yaxşı qapıçısı seçilib. 1988-ci ildə SSRİ yığmasının heyətində dünya çempionatının finalına qədər gəlib çıxıb.

Qapıçı SSRİ yığmasının heyətində 21 oyun keçirib və 8 qol buraxıb.

O, 1995-ci ildən məşqçilik karyerasına başlayıb. "OMİK- Borisfen" və "Dinamo" klublarında çalışıb. Məlumat üçün bildirək ki, o, tanınmış sovet qapıçısı Viktor Qavriloviç Çanovun oğludur.