cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Ballak Özilə məsləhət verir

09.02.2017 08:37 Oxundu 2326

"Çelsi"nin və Almaniya millisinin sabiq oyunçusu Mixael Ballakın fikrincə, "Arsenal"ın futbolçusu Məsud Özil Münhenin "Bavariya"sına keçsə, daha çox uğur qazana bilər: "Məsud bacarıqlı oyunçudur. O, "Arsenal"ın ulduzlarından biridir. Çox klub onu almaq istəyir. Əgər Özil daha çox titul əldə etmək istəyirsə "Bavariya" onun üçün daha əlverişli komanda ola bilər. Düşünmürəm ki, onun transfer məbləğı "Bavariya"nı qorxutsun".