cümə axşamı, 15 yanvar 2026

VOLEYBOL

“Azərreyl” “Sen-Rafael”lə qarşılaşır

09.02.2017 10:40 Oxundu 2557

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubu bu gün növbəti oyununu keçirəcək.Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edəcək. Görüşün baş hakimi isveçrəli Kristian Volf olacaq. Ona həmkarı İqor Porvaznik (Slovakiya) kömək edəcək.

Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.

Çempionlar Liqası

C qrupu

III tur

9 fevral

18:00. “Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa)

Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

1.

Fənərbaxça (Türkiyə)

4

4

0

12-1

323-243

12

2.

Azərreyl (Azərbaycan)

3

2

1

6-5

226-251

6

3.

Dabrova Qornitsa (Polşa)

4

1

3

5-10

329-346

3

4.

Sen-Rafael (Fransa)

3

0

3

2-9

225-263

0

P.S. “Azərreyl”lə “Sen-Rafael” oyunlarının yerini dəyişib. Bu səbəbdən də onlar öncə IV turun səfərə oyununu keçirib, indi isə III turun ev qarşılaşmasına çıxacaq.