2533
Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı davam edir. Qitə Çempionatına qatılan klublarımızın yetirmələri yarışın üçüncü günü də medalsız qalmayıb. Belə ki, -58 kq çəki dərəcəsində mübarizəyə başlayan "Gilan" İ.K-nun təmsilçisi Fizam Mehtiyev və Ayxan Tağızadə (-68 kq) qarşılaşdığı rəqiblərə şans buraxmayaraq adlarını fəxri kürsünün qızıl pilləsinə yazdırmağı bacarıb. "Azəri" T.K-nun üzvü, -54 kq çəki dərəcəsində döyüşən Mikayıl Əliyev isə yalnız həlledici qarşılaşmada məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Bununla da Azərbaycan klublarının qazandıqları medalların sayı 25-ə çatıb. Taekvondoçularımız hələlik 7 qızıl, 8 gümüş və 9 bürünc mükafata yiyələniblər.
Yarış bu gün başa çatacaq.