cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Millimiz bir pillə irəliləyib

09.02.2017 15:36 Oxundu 2141

FIFA futbol üzrə yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə irəliləyib.

Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 388 xalla 89-cu yerdədir.

2018-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1433 xalla üçüncüdür. Hər ikisi 3 pillə geriləyən Şimali İrlandiya 772 xalla 35-ci, Çexiya 669 xalla 46-cı sıradadır. San Marino 17 xalla 202-ci pillədə qalıb. Norveç isə 426 xalla 3 pillə irəliləyərək 81-ci pillədə qərarlaşıb.

Siyahıya Argentina 1634 xalla başcılıq edir. Braziliya 1544 xalla ikincidir. Azərbaycan millisi ilə martın 9-da yoldaşlıq görüşü keçirəcək Qətər 418 xalla 85-ci, Türkiyə isə 857 xalla 24-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti reytinq siyahısı martın 9-da açıqlanacaq.

Millimiz və “qonşular”ı

85 (85). Qətər - 418

86 (81). Çin - 404

87 (108). Qabon – 392

87 (87). Keniya - 392

89 (90). Azərbaycan - 388

90 (92). Antiqua və Barbuda – 370

91 (88). Zambiya - 368

92 (89). Liviya – 366

93 (96). Suriya – 357

94 (96). Syerra-Leone - 355

95 (95). Boliviya - 354