cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

"Uşaqlar yaxşı oynadı, nəticədə qələbə qazandıq”

09.02.2017 17:38 Oxundu 2265

Topaz Premyer Liqasında XVII turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Kəpəz"i qəbul edib. Rəqibindən üstün oyun nümayiş etdirən "Sumqayıt" 3:1 hesablı qələbə qazanıb. "Sumqayıt"dan qolları Sergey Çernışev, Azər Salahlı və Məhəmməd Qurbanov vurub.

Qarşılaşmadan əvvəl "Sumqayıt" FK-nın Müşahidə Şurasının sədri Abdulla Məmmədov və şuranın üzvü, veteran futbolçu Telman Salahov kapitan Vurğun Hüseynovu "Sumqayıt"zın heyətində 100-cü oyununa çıxdığı üçün mükafatlandırıb.

Oyundan sonra açıqlama verə n "Sumqayıt" FK-nın baş məşqçisi Samir Abasov deyib: “Danışası çox şey yoxdur. Allah futbolçularımızın əziyyətini yerdə qoymasın. Bu gün Bəhlul Mustafazadə ilk dəfə Premyer Liqada oyuna çıxmışdı. Başqa bir sistem də qura bilərdik, amma biz potensialı olan futbolçuları oynadacağıq. Uşaqlar yaxşı oynadı, nəticədə qələbə qazandıq”.