cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Elxan Məmmədov da “13-lük”də yer alıb

09.02.2017 17:45 Oxundu 2286

UEFA-nın İcraiyyə Komitəsinə namizədlərin siyahısı açıqlanıb. AFFA-nın məlumatına görə, qitə miqyaslı quruma milli assosiasiyalardan seçiləcək 8 vakant yerə 13 namizəd var. AFFA-nın baş katibi Elxan Məmmədov da bu “13-lük”də yer alıb. Onun İcraiyyə Komitəsinə düşmək uğrunda rəqibləri Zibiqnev Bonek (Polşa), Kayrat Boranbaqey (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Kiran Okonnor (Uels), Mişel Uva (İtaliya), Sərvət Yardımçıdı (Türkiyə). Həmçinin komitənin indiki üzvləri Devid Hill (İngiltərə), Marios Lefkalitis (Kipr) və Maykl van Praaq (Hollandiya) da yenidən bu vəzifə arzusundadı. Qeyd edək ki, İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA-nın növbəti konqresində baş tutacaq.