cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Şahin Diniyev: “Qara zolağa”a düşmüşük"

09.02.2017 17:53 Oxundu 2187

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Kəpəz” oyunundan (3:1) sonra qonaqların baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib. Mütəxəssis oyun haqda fikirlərini açıqlayıb: "Uşaq səhvlərindən qol buraxdıq. Fərdi səhvlər hesabın böyük olmasına səbəb oldu. Fasilədən sonra nəticəni dəyişmək istəsək də, alınmadı. Deyiləsi bir şey yoxdu. “Qara zolağa”a düşmüşük. Gələcək matçlara hazırlaşmalıyıq. Komanda psixoloji cəhətdən sınıb, təzyiq altından çıxa bilmir. Bu oyunda rəqib daha istəkli idi". O, istefası ilə bağlı məsələyə də aydınlıq gətirib: "Mənim istefa mədəniyyətim var, sadəcə, sona 11 tur qalmış gedişim nəyisə dəyişəcəksə, bunu edərəm. Çalışacam dönüş edək".