1897
Bu gün keçirilən “Linkoln” (Cəbəllütariq) – “Flora” (Estoniya) (2:0) oyunu ilə Çempionlar Liqası II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib. Dörd komandanın ikinci mərhələyə yüksəlməsi ilə barəbarə gözləyən komandaların rəqibləri bəlli olub. Beləliklə, ikinci təsnifat mərhələsində “Seltik” (Şotlandiya) Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşacaq. Kiprin APOEL klubunun rəqibi isə Uels təmsilçisi TNS olub.Üçüncü mərhələyə çıxmaq üçün “Srvena Zvezda” (Serbiya) “Torşvan”ı (Farer Adaları) yolundan kənarlaşdırmalıdır. Öz növbəsində “Dinamo” (Tiflis) isə “Alaşkert”lə (Ermənistan) münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Çempionlar Liqasının I və II mərhələsinin püşkatması iyunun 20-sində Nyonda atılmışdı.