cümə axşamı, 15 yanvar 2026

VOLEYBOL

“Azərreyl” “Sen-Rafael”i məğlub etdi

09.02.2017 18:42 Oxundu 2973

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubu fevralın 9-da növbəti qələbəsini qazanıb. Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edib.

İsveçrəli baş hakim Kristian Volfun idarə etdiyi oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupa 12 xalla İstanbulun “Fənərbağça” komandası liderlik edir. “Azərreyl” 9 xalla ikinci, “Dabrova Qornitsa” (Polşa) 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sen-Rafael”in isə xalı yoxdur.

Çempionlar Liqası

C qrupu

III tur

9 fevral

“Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa) - 3:0 (25:20, 25:11, 25:11)

Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

1.

Fənərbaxça (Türkiyə)

4

4

0

12-1

323-243

12

2.

Azərreyl (Azərbaycan)

4

3

1

6-5

301-293

9

3.

Dabrova Qornitsa (Polşa)

4

1

3

5-10

329-346

3

4.

Sen-Rafael (Fransa)

4

0

4

2-12

267-338

0

Qeyd edək ki, “Azərreyl”lə “Sen-Rafael” oyunlarının yerini dəyişib. Bu səbəbdən də onlar öncə IV turun səfərə oyununu keçirib, indi isə III turun ev qarşılaşmasına çıxacaq.