09.02.2017 20:29
2212
2212
"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XVII turunun "İnter” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Futbolçulardan razı qaldım. Komanda bu gün yaxşı oyun nümayiş etdirdi. Sevindirici haldır ki, 3 xalı qazandıq. Şadam ki, heyətə cəlb olunan yeni hücumçular fərqləndilər. Fikrimcə, oyundan oyuna daha güclü "Neftçi” görə biləcəyik. Azarkeşlər də bu gün komandaya böyük dəstək verdilər. Bu qələbədə onların da böyük payı var. Növbəti oyunlarda da onlardan bu cür dəstək gözləyirik. Bundan sonrakı görüşlərdə itirilmiş xalların əvəzini çıxmağa çalışacağıq”.