cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

"Qələbədən başqa heç bir nəticə bizi qane edə bilməzdi"

09.02.2017 20:38 Oxundu 2154

"Neftçi” PFK-nın futbolçuları – Daniel Seqoviya, Namiq Ələsgərov və İqnasio Herrera klubun saytına açıqlama veriblər:

Daniel Seqoviya: "İnter” çox güclü rəqibdir, amma bu gün qələbədən başqa heç bir nəticə bizi qane edə bilməzdi. Bu görüş keçmişdə qaldı, artıq növbəti oyunları fikirləşirəm. Fikrimcə, yavaş-yavaş "Neftçi” daha güclü oyun göstərəcək”.

Namiq Ələsgərov: "Çətin oyun oldu. Son iki matçdakı nəticələrdən sonra bu gün mütləq qələbə qazanmaq istəyirdik. Həm buna nail olduğumuza, həm də "Neftçi”nin heyətində ilk qolumu vurduğuma görə çox sevinirəm”.

İqnasio Herrera: "Oyun çətin keçsə də, çox gözəl qələbə alındı. Növbəti oyunu səbirsizliklə gözləyirəm.Çünki bu, "Bakcell Arena”da olacaq. Ümid edirəm ki, azarkeşlərimiz bu gün bizi tək qoymadıqları kimi, ev oyununda da gəlib bizə dəstək olacaqlar”.