cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

“Zirə”nin çağırışı

10.02.2017 07:06 Oxundu 1993

Futbolda irqçilik dünyəvi problemə çevrilib. Futbolçular, hakimlər və hətta azarkeşlər də təkcə dəri rənglərinə görə irqçiliyə məruz qalmır. Onlar yaşadıqları ölkə, cəmiyyət və ya mənsub olduqları dini, ümumi görünüşünə görə də təhqirlər eşidir, təzyiqlərə məruz qalırlar. Bəzən çıxış etdiyi komandanın azarkeşləri tərəfindən də bu kimi hallarla qarşılaşanlar olur. “Zirə” PFK futbolun gözəlliyinə ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edir.

Hazırda dünya futbolunu bürüyən irqçilik bəlasının Azərbaycan stadionlarında yaşanmaması, ölkəmizin həmişə bu baxımdan müsbət mənada fərqlənməsi üçün hər kəs əlindən gələni etməlidir. İrqçiliyə qarşı mübarizədə hamını bir olmağa çağırırıq. Klublar, futbol adamları və azarkeşlər bu cür məsələlərdə daha diqqətli olmalı, xoşagəlməz hadisələrə yol verməməlidi.

İrqçiliyə qarşı mübarizədə təbliğat ən önəmli məsələdir. Hamını bir-birimizə qarşı hörmətlə yanaşmağa dəvət edək.