cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Yurgen Klinsmanın oğlu ABŞ yığmasında

10.02.2017 07:54 Oxundu 2062

Almaniya və ABŞ millilərinin keçmiş baş məşqçisi Yurgen Klinsmanın oğlu Conatan Klinsman ABŞ-ın gənclərin CONCACAF çempionatında iştirak edəcək U-20 yığmasına çağırılıb. Artıq baş məşqçi Tab Ramos Kaliforniya Universitetinin komandasında çıxış edən Klinsmanı turnirdə oynayacaq 20 futbolçu siyahısına daxil edib. Bu barədə ABŞ Futbol Federasiyasından məlumat verilib.

Yarış 17 fevral - 5 mart tarixlərində Kosta-Rikada keçiriləcək.