cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Raul Qonsales: "Real" və "Barselona" müvəffəqiyyətlərinə görə bir-birinə minnətdar olmalıdır"

10.02.2017 08:28 Oxundu 2363

"Real"ın sabiq hücumçusu Raul Qonsales Meksika televiziyasına verdiyi müsahibədə deyib ki, "Barselona"nın "kral klubu"nun həyatında mühüm yeri var. Belə ki, İspaniyanın bu komandaları bir-birinin inkişafına xidmət edir: "Mənim fikrimcə, "Barselona" olmasaydı "Real" belə zirvəyə çatmazdı. Həmçinin "Real" da "Barselona"nın inkişafında bir təkandır. Bir sözlə, "Real" və "Barselona" müvəffəqiyyətlərinə görə bir-birinə minnətdar olmalıdır. O eyni zamanda "kral klubu"nun tarixindəki 5 ən yaxşı futbolçusunun adlarını da çəkib. Onun siyahısına hücumçular -Alfredo di Stefano, Fransisko Xento, yarımmüdafiəçi Zinəddin Zidan, forvard Ronaldo və müdafiəçi Serxio Ramos daxildir.

Qeyd edək ki, 21 turdan sonra "Real" 46 xalla turnir cədvəlində birincidir. "Barselona" isə ondan bir xal geri qalır