cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Şahin Diniyev - 100

10.02.2017 11:40 Oxundu 1541

Topaz Premyer Liqasının XVII turunun “Sumqayıt”la oyunu (1:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar olub. Təcrübəli mütəxəssis Gəncə klubunu 100-cü dəfə çempionat oyununa çıxarıb. 2004-cü ilin yayında “Gəncə” adlanan klubun baş məşqçisi təyin olunan Diniyev 2005-ci ilin sonunadək, yəni mövsümyarım komandaya rəhbərlik edib. Azərbaycan milli komandasının “sükanı arxasına” keçməsi ilə əlaqədar klubundan ayrılan çalışdırıcı 2015-ci ilin yayında “Kəpəz”ə qayıdıb. 4 müxtəlif mövsümdə qərblilərə rəhbərlik edən 51 yaşlı mütəxəssis bu müddətdə 35 qələbə sevinci yaşayıb. 32 heç-heçə və 33 məğlubiyyətə şahid olan Diniyevin yetirmələri 119 qol vurub və 106-nı buraxıb. “Kəpəz” onun rəhbərliyi altında ümumilikdə 137 xal qazanıb.

mövsüm

O

Q

H

M

T/F

X

2004/05

34

11

9

14

37-37

42

2005/06

13

6

6

1

22-8

24

2015/16

36

15

11

10

48-40

56

2016/17

17

3

6

8

12-21

15

CƏMİ

100

35

32

33

119-106

137