1620
2008-09 mövsümünü yaxşı xatırlayıram. Həmin vaxt Azərbaycan kubokunu futbolçuların əziyyəti sayəsində qazanmışıq”. Bunu apasport-a “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib. “İnter”in sabiq futbolçusu İon Testimitsianu Moldova mətbuatına müsahibəsi zamanı 2008-09 mövsümündə Azərbaycan çempionluğunu və kubokunu bilərəkdən verdiklərini bildirib. Buna münasibət bildirən həmin mövsüm ölkə kubokunu qazanmış Ağdam klubunun rəsmisi Moldova millisinin sabiq məşqçisinin ittihamlarının əsassız olduğunu söyləyib: “Mənim belə bir açıqlamadan xəbərim yoxdu, ilk dəfədi sizdən eşidirəm. Ancaq “Qarabağ” heç vaxt belə işlərə əl atmayıb. Bunun sübutu da var. Yəqin həmin insan özünə diqqət cəlb etmək istəyir. Bilmirəm, niyə belə açıqlama verib, mənə də maraqlıdı. Dediyiniz mühitdə bu, mümkün olan şey deyil. Nəinki həmin mövsüm, ümumiyyətlə, heç vaxt “Qarabağ” belə oyunlara getməyib”.
Qeyd edək ki, Bakının "İnter" futbol klubunun sabiq prezidenti Georgi Nikolov "report"a açıqlamasında komandanın moldovalı keçmiş futbolçusu İon Testimitsianunun “Moldavskiy futbol”a müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirşb. O deyib: "Testimitsianun illər sonra hansı səbəbdən belə açıqlama verdiyini anlamıram".
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “İnter” ölkə çempionatında çempion “Bakı”dan 1 xal geri qalıb.