10.02.2017 18:07
1796
1796
"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının uğursuz seriyası ilə bağlı açıqlama verib: "Oyunçular öyrənir, mənim vəzifəm isə onları düzgün istiqamətə yönəltməkdir. Futbol - bu, həmişə sınaqdır. Əgər sən yüksək yer tutursansa, onda onu saxlamağa çalışmalısan. Yox, əgər bu belə deyilsə, onda gərək problemləri dərhal aradan qaldırasan. Biz uğursuzluğumuza bəraət qazandırmırıq, problemin həllini axtarırıq. Əgər hər şey rəvan getmirsə, bu o demək deyil ki, komanda növbəti oyunu uda bilməz".